“Sabah” klubunun legioneri Qriqor Qabriel yenidən komandanın düşərgəsinə qayıdıb.

Braziliyalı futbolçu son olaraq Belarusun “Dinamo” komandasında icarə əsasında çıxış edib. Belarusda mövsüm başa çatandan sonra o da “Sabah”ın heyətinə qayıdıb. Hazırda futbolçu əsas komanda ilə məşqlərə qatılır. Onun klubdakı taleyi ilə bağlı son qərarı baş məşqçi Murad Musayev verəcək. Braziliyalının paytaxt təmsilçisi ilə 2024-cü ilin sonuna qədər müqaviləsi var.